Xəbər lenti

Müqəddəs şəhərlərə ziyarətin qiyməti açıqlandı
Ölkə16:00 03.10.2017

Müqəddəs şəhərlərə ziyarətin qiyməti açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ziyarətlər qruplar toplandıqca həyata keçiriləcək

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) zəvvarların müqəddəs şəhərlərə aparılmasına başlayır.

İdarədən Report-un sorğusuna cavab olaraq bildirilib ki, oktyabrın 6-da avtobusla ilk zəvvar qrupu yola salınacaq.

Zəvvarlar ziyarət sırasında Kərbəla, Nəcəf, Samirə və Məşhəd kimi müqəddəs sayılan şəhərləri ziyarət edəcəklər.

QMİ-dən bildirilib ki, ziyarət sırasında zəvvarların təhlükəsizliyini, hotellə təmin olunmasını və s. məsələləri qurumun müqavilə bağladığı İraqdakı şirkətlərdən biri həyata keçirəcək.

Qeyd edək ki, ziyarət üçün nəzərdə tutulan paketin qiyməti 300 dollardır. Ziyarətlər qruplar toplandıqca həyata keçiriləcək.

Qaynarinfo.Az