Xəbər lenti

Musa Qurbanlının yeni klubu bəlli oldu - “Qarabağ” yarım milyon avro qazanacaq
İdman12:17 02.07.2023

Musa Qurbanlının yeni klubu bəlli oldu - “Qarabağ” yarım milyon avro qazanacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ”ın futbolçusu Musa Qurbanlının yeni klubu müəyyənləşib.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, gənc hücumçu İsveçin "Djurgarden” klubu ilə anlaşıb.
Tərəflər arasında sabah 3 illik sözləşmə imzalanması gözlənilir.
Bu keçid üçün İsveç təmsilçisi Ağdam klubuna yarım milyon avro ödəyəcək.
Futbolçunun özü isə ilinə 200 min avro maaş alacaq.
Onu da qeyd edək ki, Musa Qurbanlı "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğludur.