
"Bu gün qərargaha bir neçə kisə qum gətirilib. Evlər İdarəsinin rəhbəri mənə dedi ki, bir azdan daş da gətiriləcək və qərargahınızın qapısı hörüləcək”.
Bu barədə Qaynar.info-ya Müsavat başqanının müşaviri, partiyanın Lənkəran təşkilatının sədr müavini Yadigar Sadıqov məlumat verib.
Y.Sadıqovun sözlərinə görə, təşkilatı qərargahdan çıxarılması istiqamətində bir neçə gündür iş aparılır: “Ofisin əsas qapısını bağlayırlar. Bizə deyirlər ki, alternativ qapıdan istifadə edin. Həmin qapı da Qarabağ veteranlarına məxsus ofisin qapısıdır. Faktiki həmin ofisdən 3 ildir ki, istifadə edilmir. Bəs biz ofisə necə daxil olacağıq?! Bütün bunlar təşkilatı qərargahdan çıxarmağa hesablanıb. Bu gün ofisə gedib möhürü və bir neçə vacib sənədləri götürdüm”.
Qaynar.info





