Ölkə 16:30 28.08.2022

Musiqi müəllimlərinin yerdəyişmə imtahanı keçiriləcək

Mədəniyyət Nazirliyinin tabeliyindəki uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi keçiriləcək.

Qaynarinfo xəbər verir ki, artıq bu barədə regional mədəniyyət idarələrinə müvafiq əmr göndərilib.
 
Qeyd edilib ki, yerdəyişmə üzrə müsahibə Nazirliyin müvafiq əmri ilə təsdiq olunmuş müsahibə komissiyası tərəfindən xüsusi cədvəl üzrə keçiriləcək.

Müsahibənin tarixi və keçirilmə yeri barədə namizədə aidiyyəti Regional Mədəniyyət İdarəsi tərəfindən məlumat veriləcək.

Namizəd müsahibədə iştirak etmək üçün aşağıdakılara əməl etməlidir:

1. Təyin olunmuş vaxta 15 dəqiqə qalmış müsahibə keçəcəyi binanın qarşısına gәlmәli, özü ilə aşağıdakı sәnәdlәri gәtirmәlidir:

- şәxsiyyәt vәsiqәsinin əslini;

- hərbçi ailəsinin üzvü, şəhid ailəsinin üzvü, müharibə iştirakçıları, dövlət təltifləri olan şəxslər müvafiq sənədlərin əslini və surətini.

2. Musiqi ixtisasları üzrə müsahibəyə dəvət olunan namizəd öz musiqi alətini (fortepiano aləti istisna olmaqla) gətirməlidir. Namizəd müsahibədə sərbəst seçimlə ifa edəcəyi əsərin notunu komissiyaya təqdim etməlidir. Müşayiət tələb olunduğu halda namizəd konsertmeyster ilə təmin ediləcəkdir. Namizəd müsahibəyə öz konsertmeysteri ilə də gələ bilər.

3. Müsahibə keçirilən məkana namizəd və onun konsertmeysteri yalnız şəxsiyyət vəsiqəsinin əslini təqdim etdikdə buraxılacaqlar.

4. Namizəd şəxsiyyət vəsiqəsinin əslini müsahibə keçirilən binanın giriş qapısında buraxılış rejimini hәyata keçirәn әmәkdaşa tәqdim etdikdən sonra müsahibə otağına keçməli və müsahibə bitdikdən sonra binanı tərk etməlidir.

5. Müsahibə keçiriləcək binaya giriş zamanı mobil telefon vә digәr rabitә vasitәlәri, elektron cihazlar, çanta, konspekt, mәlumat kitabçası vә başqa yardımçı vasitәlәrin keçirilməsi qadağandır. Bu əşyalar aşkar edilən iştirakçılar barәdә imtahan rəhbəri tərəfindən akt tәrtib olunur, onlar müsahibəyə buraxılmır və ya onların müsahibə nəticələri ləğv olunur.

Namizəd müsahibə zamanı aşağıdakı tələblərə riayət etməlidir:

1. müsahibənin aparılacağı otağa təyin edilmiş vaxtda gəlməli;

2. müsahibə komissiyasının üzvlərinə hörmətlə yanaşmalı, onların suallarını, tapşırıqlarını sonadək dinləməli;

3. suallara mahiyyəti üzrə cavab verməli;

4. üzrlü səbəb olmadan müsahibənin keçirildiyi otağı tərk etməməli;

5. rabitə və digər texniki vasitələri müsahibənin keçirildiyi otağa gətirməməli.

Namizəd müsahibənin aparılacağı yerə müəyyən edilmiş vaxtda gəlmədikdə, müsahibə komissiyasının üzvləri tərəfindən onun müsahibədə iştirak etməməsi barədə akt tərtib edilir.

Üzrlü səbəb olmadan təyin olunmuş vaxtda müsahibədə iştirak etməyən namizədlər üçün təkrar müsahibənin keçirilməsinə yol verilmir.

Üzrlü səbəbdən müsahibədə iştirak etməyən namizədlə təkrar müsahibənin keçirilməsinə Mədəniyyət Nazirliyinin Qəbul Komissiyasının razılığı olduğu halda yol verilir.

Müsahibə, namizədin razılığı ilə videoçəkiliş aparılmaqla keçirilir.

Namizəd aşağıdakı hallarda müsahibəyə buraxılmır:

- şəxsiyyət vəsiqəsi olmadıqda;

- saxta sәnәd tәqdim etdikdә;

- müsahibəyə təyin olunmuş vaxta 15 dәqiqәdən az qalmış gәldikdә;

- müsahibəyə içkili vәziyyәtdә gәldikdә;

- müsahibə keçirilən binaya müsahibəyə gәtirilmәsi qadağan edilmiş әşyalarla daxil olmağa cәhd etdikdә.

Namizədə qadağandır:

- saxta sәnәd tәqdim etmәk;

- müsahibəyə öz yerinә başqasını göndәrmәk;

- yandırıcı, partlayıcı, kәsici, deşici, atıcı vә digәr bu növ әşyalarla müsahibə keçirilən binaya daxil olmaq, özü ilә yemәk, içmәk (şәffaf plastik qabda qazsız, içmәli su istisna olmaqla), siqaret gәtirmәk;

- hәr hansı bir sәbәbә görә, müsahibə keçirilən otağı tәrk edib yenidәn geri dönmәk;

- nizam-intizam qaydalarını pozmaq;

- müsahibənin gedişinә mane olmaq.

Belә hallar aşkar olunarsa, hәmin iştirakçı müsahibədən xaric olunacaq vә onun müsahibə nәticәlәri Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tәrәfindәn lәğv olunacaq.

Mövcud olan mәlumatlara әsasәn, COVID-19 insanlar arasında birbaşa hava-damcı yolu ilә vә ya dolayı yolla kontaminasiya olunmuş sәthlәrә tәmasdan sonra әllәrlә ağız boşluğuna, gözlәrә, buruna vә s. toxunduqda ötürülür.

Bu virusa yoluxmamaq üçün zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara riayət edilməsi (sosial məsafənin gözlənilməsi, tibbi maskadan istifadə edilməsi və s.) tövsiyə olunur.