Xəbər lenti

Mustafa Cecelinin Bakıda oxuduğu restoranın sahibi cərimələndi
Ölkə09:27 08.06.2021

Mustafa Cecelinin Bakıda oxuduğu restoranın sahibi cərimələndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Daxili İşlər Nazirliyi (DİN) "İstanbul Meyhane Bilgah” restoranında keçirilən konsert proqramı ilə bağlı yayılan videogörüntülərə münasibət bildirib.
DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Report”a bildirib ki, Türkiyənin məşhur müğənnisi Mustafa Cecelinin paytaxt ərazisində keçirdiyi konsert proqramında karantin qaydalarının kobud şəkildə pozulmasına görə restoran sahibi cəzalandırılıb.
O qeyd edib ki, iyunun 5-də Sabunçu rayon Bilgəh qəsəbəsində yerləşən "İstanbul Meyhane Bilgah” restoranının açılışı ilə əlaqədar konsert proqramı təşkil olunub və xüsusi karantin rejimi pozulub:
"Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tədbirin qarşısı alınıb. Restoranın sahibi və konsertin təşkilatçısı Bürhan Abdullazadə barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib və rayon məhkəməsinin qərarı ilə o, 4 min manat cərimə edilib.