Xəbər lenti

Mustafa Dənizli sabah Bakıda olacaq
İdman16:52 05.02.2014

Mustafa Dənizli sabah Bakıda olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Səhhətindəki problemlərlə əlaqədar vətəni Türkiyəyə yollanan “Xəzər Lənkəran” futbol komandasının baş məşqçi Mustafa Dənizli fevralın 6-da Bakıya qayıdacaq. 

Klubun mətbuat katibi Hüseyn Cəbrayıloğlunun Lent.az-a verdiyi məlumata görə, 65 yaşlı mütəxəssis qardaş ölkədə tibbi müayinədən uğurla keçib.

“Xəzər Lənkəran” Topaz Premyer Liqasında növbəti oyununu fevralın 9-da evdə “Neftçi”yə qarşı keçirəcək. Hazırda paytaxtda olan “ağ-yaşıllar” Lənkərana fevralın 7-də yollanacaqlar. Cəbrayıloğlu “Xəzər Lənkəran” mərkəzi stadionunun oyunadək tam hazır vəziyyətə gətiriləcəyini bildirib: “Hazırda ehtiyat meydanımız qardan təmizlənib. Sabah isə əsas meydan təmizlənəcək və oyunun baş tutmasında heç bir problem olmayacaq”.

 Qeyd edək ki, “Xəzər Lənkəran” – “Neftçi” matçı saat 17:00-da başlanacaq. Mustafa Dənizli yüksək təzyiq səbəbindən yanvarın 31-də Bakıdakı Mərkəzi Gömrük Xəstəxanasına yerləşdirilib. O, fevralın 1-də “ağ-yaşıllar”ın “Qarabağ”la keçirdiyi oyun zamanı komandasına rəhbərlik edə bilməyib. Ertəsi gün isə Dənizli Türkiyəyə aparılıb.

Qaynar.info