Xəbər lenti

“Müxalifətin apardığı müzakirələr effekt verməyəcək”
Ölkə06:53 30.04.2013

“Müxalifətin apardığı müzakirələr effekt verməyəcək”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Müxalifətin yeni birliyi istiqamətində danışıqlar məhdud çərçivədə aparılsa, heç bir effekt verməyəcək”.

Bu açıqlamanı APA-ya Ümid Partiyasının sədri İqbal Ağazadə verib.

Partiya sədri müxalifətin yeni birlik təşəbbüslərinə münasibət bildirərək, bəzi qüvvələrin uzun müddət bu istiqamətdə fəaliyyət göstərdiklərini, lakin hər hansı birliyə nail olmadıqlarını deyib: “Təbii ki, problemin həcmindən asılı olmayaraq, hər şeyi birlikdə həll etmək mümkün olur. Müxalifətin birliyinə ehtiyac var. Bəzi qüvvələr bu istiqamətdə fəaliyyət göstərsə də, hələlik bir şeyə nail olmaq mümkün deyil. Danışıqlar məhdud çərçivədə gedirsə, bu birlik heç bir effekt verməyəcək. Çünki demokratikləşmə üçün həmin qüvvələrin məhdud çərçivəsi böyük iş görə bilməz”.

Qaynar.info