Gənc tennisçi Karlos Alkaras karyerasında ikinci dəfə peşəkar turnirin qalibi olub.
Qaynarinfo xəbər verir ki, 1/4 finalda Rafael Nadalı, yarımfinalda isə Novak Cokoviçi məğlub edən 19 yaşlı tennisçi finalda Saşa Zverevi də üstələyərək (6:3, 6:1) növbəti ciddi uğuruna imza atıb.
Akaras iki həftə əvvəl Barselonadakı finalda da qələbə qazanmışdı. Bununla da perspektivli idmançılar arasında məşhur olan Alkaras Madriddə qalib gələn ən gənc tennisçi oldu. O, çıxışında bunları deyib: "Mənim üçün çox xüsusi bir turnirdir. Madriddə qalib olmaq hər zaman çox xüsusi bir kubok olacaq. Bütün həmkarlarıma və mənə dəstək olan hər kəsə təşəkkür edirəm".
Madrid turnirindən əvvəl dünya təsnifatında 9-cu pillədə olan Alkaras qazandığı çempionluqdan sonra 6-cı pilləyə yüksəlib.
Səbuhi Həsənov