Ukraynanın dövlət neft və qaz şirkəti "Naftogaz" Haaqa Məhkəməsində Rusiya əleyhinə iddia qaldırıb.
Qaynarinfo Kyiv Post-a istinadən xəbər verir ki, şirkət Krımın 2014-cü ildə Rusiya tərəfindən ilhaqından sonra dəyən zərərin ödənilməsini tələb edir. "Naftogaz"ın kompensasiya tələbinin dəyəri 5,2 milyard dollardır. Bu barədə məhkəmə qərarı ən tez 2020-ci ilin sonuna qədər çıxarılacaq.
Qeyd edək ki, rəsmi Kiyev 2015-ci ildə Rusiyadan qaz alışını dayandırıb. Ukrayna vasitəsilə Rusiya qazının satışı barədə müqavilələrin müddəti isə bu ilin sonunda bitir. İki ölkə arasında bu günə qədər yeni razılıq əldə edilməyib.
Gülşən