Xəbər lenti

Naməlum şəxs Ağ Evi ayağa qaldırdı - FOTO
Ölkə05:28 20.09.2014

Naməlum şəxs Ağ Evi ayağa qaldırdı - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ prezidentinin rəsmi iqamətgahı olan Ağ Evin qərb korpusunda böyük həyacan yaşanıb.

ANS PRESS-in məlumatına görə, buna səbəb iqamətgahının sahəsinə bir nəfər naməlum şəxsin çəpərdən atlanaraq keçməsi və binaya daxil olmaq istəməsi olub. Dərhal həyacan siqnalı ilə təxliyyə qərarı verlib və insanlar binadan köçürülməyə başlanılıb.

Az sonra insidentin qarşısı alınıb və asayiş tam olaraq bərpa olunub. Belə ki, binaya daxil olmaq istəyən şəxsin qarşısına silahlı mühafizə xidməti çıxıb və onu yaxalayıblar. Bir saat ərzində təxliyyə barədə verilən həyəcan təbili dayandırılıb və insanlara işlərinin başına dönmək icazəsi verilib- deyə Frans Press öz mənbəsinə əsasən bildirir.

Qeyd edək ki, ABŞ liderinin özü həmin vaxt binada olmayıb. Hadisədən az əvvəl o özünün şəhərkənarı rezidensiyası olan Kemp-Devidə getmişdi. Hazırda baş verən insidentlə bağlı rəsmi heç bir məlumat verilməyib.

Xatırladaq ki ki, bu ilin iyul ayında da hasarın yaxınlığında şübhəli paketin tapılması nəticəsində rəsmi iqamətgahının sakinləri təxliyyə olunmuşdu.

Qaynar.info