Xəbər lenti

Namik bu gün "Bursaspor"la müqaviləyə imza ata bilər
İdman07:13 13.08.2021

Namik bu gün "Bursaspor"la müqaviləyə imza ata bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Namik Ələsgərovun "Bursaspor"a keçidi hələ ki, tam reallaşmasa da, tərəflər müqavilə imzalamağa yaxındır. 
Qaynarinfo "Bursa.com"a istinadən xəbər verir ki, Türkiyə klubu millimizin üzvü ilə 2+1 illik anlaşıb. 26 yaşlı futbolçu bu gün Bursaya yollanacaq.
Türkiyə təmsilçisi Namikin "Neftçi" ilə müqaviləsindəki 50 min dollarlıq məbləği də ödəyib. Bununla yanaşı, "Olimpiakos"la oyunda almacıq sümüyündən zədə alan və burnu iki yerdən qırılan Namik üçün xüsusi maska hazırlanacaq. Futbolçunun artıq xüsusi maska ilə bağlı sifariş verdiyi bildirilib. 
Qeyd edək ki, Ələsgərov 2020/21 mövsümündə ümumilikdə 30 oyunda 19 qola imza atıb. O, cari mövsüm Çempionlar Liqasında meydana çıxdığı 3 oyunda 2 qolla yadda qalıb.
Səbuhi Həsənov