Xəbər lenti

Namik Ələskərov baş məşqçisiz qaldı
İdman06:53 07.03.2022

Namik Ələskərov baş məşqçisiz qaldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Millinin üzvü Namik Ələskərovun formasını geyindiyi "Bursaspor"un baş məşqçisi Tamer Tuna ilə yollarını ayırıb.
Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv olunub.
Mütəxəssis 2021-ci il dekabrın 23-də baş məşqçi təyin edilmişdi. Bu, klubun cari mövsüm vidalaşdığı 4-cü mütəxəssis olub. Daha əvvəl Mustafa Er, Fatih Tekke və Özcan Bizati də istefaya göndərilib.
"Bursaspor" hazırda 25 xalla 18-ci pillədə qərarlaşıb. Bursa təmsilçisi rəqiblərindən iki oyun az keçirib.
Ələskərov yay fasiləsində "Neftçi"dən "Bursaspor"a transfer olunub.
Səbuhi Həsənov