Xəbər lenti

Namik Ələskərov üçün yeni baş məşqçi
İdman10:15 24.08.2021

Namik Ələskərov üçün yeni baş məşqçi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Millimizin üzvü Namik Ələskərovun formasını geyindiyi "Bursaspor"un yeni baş məşqçisi müəyyənləşib.
Qaynarinfo Bursa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komandaya Türkiyə millisinin sabiq üzvü Fatih Tekke rəhbərlik edəcək. Klub sabiq futbolçu ilə 1+1 illik müqavilə imzalayıb. O, baş məşqçi postunda Mustafa Eri əvəzləyib.
1997-2007-ci illərdə Türkiyə millisinin formasını geyinmiş veteran hücumçu yığmanın heyətində meydana çıxdığı 32 oyunda 9 qola imza atıb.
Ələskərov avqustun 14-də "Neftçi"dən Bursa komandasına transfer olunub. O "Timsahlar"la 2 illik müqavilə imzalayıb.
Səbuhi Həsənov