Xəbər lenti

Namiq Ələskərov "Bursaspor"la müqaviləni ləğv edib
İdman08:45 12.06.2022

Namiq Ələskərov "Bursaspor"la müqaviləni ləğv edib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin "Bursaspor" klubu Azərbaycan millisinin futbolçusu Namik Ələskərovla yollarını rəsmən ayırıb.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin müqaviləsi ləğv edilib.
Onun sözləşməsinin ləğvi Türkiyə Futbol Federasiyasında qeydə alınıb.
Qeyd edək ki, Namik Ələskərov "Bursaspor"la ötən ilin yayında 2+1 illik müqavilə imzalamışdı. "Timsahlar" II liqaya düşdüyündən və orada legionerlərin çıxışına icazə verilmədiyindən, əcnəbi oyunçularla yollar ayrılıb.