Xəbər lenti

“Namuslu adamları ləkələməklə məşğuldular”
Ölkə08:05 21.08.2013

“Namuslu adamları ləkələməklə məşğuldular”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Son dövrlər İctimai TV ilə bağlı mətbuatda gedən yazılara televiziyadan sərt reaksiya olub. 

Qaynar.info Aznews.az-a istinadən xəbər verir ki, bu gun televiziyanın departament rəhbəri Anar Yusifoğlu öz facebook hesabında İTV əleyhinə yazı verənləri nişan verərək, onlar haqqında fikirlərini paylaşıb: 

“Bəzi qəzetlər sözə xidmət üçün yox, alət kimi yaradılıb. Alətin ada çevrilməsi yazıda yoxdur! Kim desə də inanmayın.

Həyatda hər şeyin üzü olmalıdı: ən azı ona görə ki üz tutub söz deyə biləsən. Üzsüz dogulub yaşamaq faciədir. Bəziləri fikir qarışıqlığından doğuldugundan heç vaxt üzləri olmayıb.

Dünyada ən agır cinayət - sözü öldürməkdir. Ölü sözlərin sərgisidi bu qəzet! Əlil sözlər isə tabutları daşımaq gücündə deyil.

Söz meydanı baş girləmək üçün deyil - onda şeytan səni yoldan çıxarır və imzanı dəyişirsən.

Bu məmləkətdə hər qəzetçi çörəyi bir cürə qazanır: kimi namusla, kimi də namuslu soz adamlarına ləkə yaxmaqla. Bu bir söz həqiqətidir ki, qəzetçilik tariximizdə söz çöküntüsü olan qəzetlər də az deyil.

Müqəddəs sözü bəd niyyətlərə xərcləmək, şəri söz üzəngisiylə fikir atına mindirmək – bu qəzet yaddaşımda belə qalıb. Hələ bu dunyada yaddaşına görə kimsə ittiham edilməyib”.

Qaynar.info