"Qarabağ" Fransada qarşılaşacağı "Nant"la oyunda komandanı stadiondan dəstəkləmək istəyən azarkeşlərə biletlər haqqında məlumat paylaşıb.
Qaynarinfo xəbər verir ki, UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək "Nant” (Fransa) - "Qarabağ” matçını izləmək və komandanı dəstəkləmək istəyənlər biletləri oktyabrın 27-i - oyun günü saat 19:00-dan 21:00-dək "Beaujoire" stadionunun N2 qapısından ala bilərlər.
Biletin qiyməti 32 avrodur. Bilet alarkən şəxsiyyəti təsdiq edən sənədn göstərilməsi vacibdir. Azarkeşlər ödənişi nağd və ya kartla həyata keçirə bilərlər.
Səbuhi Həsənov