
Narkoloq Ruslan İsaev "Sputnik” radiosuna verdiyi müsahibədə spirtli içki içməyin koronavirus infeksiyasına yoluxma riskini artırdığını deyib.
Qaynarinfo xəbər verir ki, mütəxəssisin fikrincə, onsuz da koronavirusa yoluxmuş bir insanda alkoqol istehlakı xəstəliyin gedişatının yüngül formasının orta və ya şiddətli keçməsinə səbəb olur.
Bundan əlavə, alkoqolun COVID-19 dərmanı ilə birləşməsi ciddi fəsadlara səbəb ola bilər, - deyə İsayev qeyd edib.
Xatırladaq ki, ümumilikdə, pandemiyanın başlanğıcından bəri dünyada 47 milyon yoluxma hadisəsi qeydə alınıb, 34 milyon xəstə sağalıb, 1,2 milyondan çoxu isə dünyasını dəyişib.
Alpər