XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Narkotik cinayəti törədənlərin böyük hissəsi bu yaşdadır
Ölkə11:58 22.08.2026

Narkotik cinayəti törədənlərin böyük hissəsi bu yaşdadır

2026-cı ilin birinci yarısında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətmiş şəxslərin 42,2 faizini 25-29 yaşlı şəxslər təşkil edib.

Qaynarinfo-nun Modern-ə istinadən məlumatına görə, narkotiklərlə bağlı cinayət törətmiş şəxslərin 35,9 faizi 18-24, 18,6 faizi 14-17, 3,3 faizi isə 30 və yuxarı yaşda olan şəxslərdir.

Qeyd edək ki, hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 2011 inzibati xəta qeydə alınıb.