Xəbər lenti

Narkotiklə saxlanıldı, oğurluğun üstü açıldı
Ölkə13:10 15.06.2020

Narkotiklə saxlanıldı, oğurluğun üstü açıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda narkotik vasitə ilə tutulmuş E.Allahverdiyevin başqa cinayət törətdiyi də ortaya çıxıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, E.Allahverdiyevin ətrafında Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri aparılıb.
Onun rayon ərazisində bir evdən kombi aparatı, bir avtomobildən maqnitofon, S.Kərimovun velosipedini və Ə.Kazımovun mobil telefonunu oğurlaması da müəyyən edilib.