Xəbər lenti

NASA Neyron şəbəkəsinin köməyi ilə Marsda yeni kraterlər tapdı
Texnologiya10:40 03.10.2020

NASA Neyron şəbəkəsinin köməyi ilə Marsda yeni kraterlər tapdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

NASA Jet Propulsion Laboratoriyasının veb saytına görə, neyron şəbəkəsi Mars Reconnaissance Orbiter zondunun fotolarını analiz etdikdən sonra planetin səthində bir neçə yeni krater aşkarlayıb. Təxminən 8-10 il əvvəl Qırmızı planetdə "yeni" kraterlər yaranmışdı.

Qaynarinfo xəbər verir ki, tədqiqatçılar yeni neyron şəbəkəsini təlim etdirmək üçün MRO zondunun təxminən yeddi min fotoşəklindən istifadə edib. Meteoritlərin və digər kosmik cisimlərin düşməsi üçün xarakterik olan izlər axtarılıb. Sonra süni zəka arxivdəki bütün görüntülərlə təmin edilib. Nəticədə, şəbəkə yeni kraterlər haqqında məlumat verib.

Alimlər bənzər bir sistemi Marsın orbital zondlarının bort elektronikasına tətbiq etmək niyyətindədirlər. Georgia Tech astronomu Maykl Munyenin dediyinə görə, onların çəkdikləri bütün şəkillər yer üzündəki mütəxəssislər tərəfindən təhlil olunur ki, bu da çox vaxt aparır.

"Ümid edirik ki, gələcəkdə süni intellekt sistemləri elm adamlarını maraqlandıran fotoşəkilləri hələ orbitdə olarkən seçəcək", Munye deyib.

Qeyd edək ki, bundan əvvəl NASA direktoru Cim Braydenstayn "Perseverance” marsoxodunun qırmızı planetdəki həyat izlərini axtaracağını və yeni texniki həll yollarını sınayacağını demişdi.

Alpər