Xəbər lenti

NASA sirli görüntü dərc etdi - VİDEO
Ölkə17:25 18.10.2016

NASA sirli görüntü dərc etdi - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Amerika Milli Kosmik Agentliyi (NASA) tədqiqatçıları Mars planetinin təsvirlərini dərc ediblər.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, alimlər planetin hərəkətini izləmək üçün yüzlərlə ən yaxşı şəkli videoçarxda birləşdiriblər.

NASA-nın tədqiqatçılarına məlum olub ki, küləklərMarsda 60-100 kilometr hündürlükdə dövr edir, buludları formalaşdırır və vaxt ötdükcə ozonun miqdarını dəyişir.

Tədqiqatın müəllifləri planetin qaranlıq səhtində qeyri-adi işıqlanmaya diqqəti yönəldiblər. Bunun səbəbi digər tərəfdə baş verən kimyəvi reaksiyalardır: günəşin ultrabönəvşəyi işığı azot və karbon qazının molekullarını dağıdır. Alınan atomlar küləklə planetin qaranlıq səhtinə keçir. Onlar burada azot və oksigen atomları ilə birləşir və azot oksidi molekulalları yaradırlar. Alınmış əlavə enerji ultrabənövşəyi işıq şəklində şüalanır.

Qaynarinfo.Az