"Şirkətimizdə qadınların işə cəlb olunmasında heç bir ayrı-seçkilikdən söz gedə bilməz".
Qaynarinfo xəbər verir ki, bunu ölkəmizdə ilk dəfə olaraq Qadın Liderləri Zirvə toplantısı keçirilib və sözügedən toplantıda OBA marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimova da "Lider qadın, yoxsa Qadın lider?" adı altında keçirilən I paneldə spiker olaraq çıxış edib.
Onun çıxışını təqdim edirik:
"Bildiyiniz kimi, ötən gün ölkəmizdə ilk dəfə olaraq Qadın Liderləri Zirvə toplantısı keçirilib və sözügedən toplantıda "OBA” marketlər şəbəkəsinin İdarə heyətinin sədri Natəvan İbrahimova da "Lider qadın, yoxsa Qadın lider?” adı altında keçirilən I paneldə spiker olaraq çıxış edib.
Çıxışı zamanı o, qadınların iqtisadiyyatda önəmi, FMCG sektorunda qadınlar üçün yaradılan iş şəraiti, eyni zamanda lider qadın mövzusunda geniş müzakirələ qoşulub.
Spikerlər arasındakı maraqlı söhbət və auditoriyanın suallarının cavablandırıldığı paneldə N.İbrahimova "cəmiyyətin dayanıqlı inkişafında qadınların önəmi böyükdür” mesajını verərək Veysəloğlu Şirkətlər Qrupunda qadınların FMCG sektorunun bütün sahələrində texniki və praktiki bilgilərə sahiblənməsi üçün ədalətli və münbit mühitin yaradıldığını bildirib: "Hər bir ölkənin iqtisadi inkişafını göstərən makro iqtisadi ən vacib amillərdən biri insan başına düşən ümumdaxili məhsuldur və bunun da yaradılmasında qadınların əməyinin azlığı və çoxluğu qeyd etdiyim məqama təsir edir. Qadınların iqtisadi gücünün zəif olması ölkənin uzunmüddətli dayanıqlı inkişafını aşağı çəkən faktorlardan biridir. Şirkətmiz qadınların iqtisadi mövqeyinin artırılması, eləcə də şəxsi bilik və bacarıqlarının inkişafına xidmət edən fərqli layihələr icra edir. Şirkətimizdə "Qadının gücü” KSM layihəsi çərçivəsində xeyli sayda ali təhsili olmayan xanım əməkdaşlar sektorun yeni sahələrində - bölgə müdiri, mağaza müdiri, tədarük zənciri, satınalma, logistika, İT, marketinq və digər sahələrdə fəaliyyət göstərir. Cəmiyyətdə "bu qadın işi deyil, kişi işidir” deyilən bütün streotiplər bizim şirkətdə qırılıb və tam da gender bərabərliyinə uyğun olaraq əməkdaşlarımızın 50 faizi məhz qadınlardan ibarətdir. Şirkətimizdə qadınların işə cəlb olunmasında heç bir ayrı-seçkilikdən söz gedə bilməz, cinsindən asılı olmayaraq hər kəs bilik və bacarıqları ilə dəyərləndirilir".
Qeyd edək ki, tədbir "Fərqlərin Bərabərliyi" konsept mesajı ilə 500-ə yaxın mütəxəssisi, liderləri və fikir öndərlərini bir araya gətirib. Bütöv günü əhatə edən tədbir zamanı iştirakçılar fərqli sahələrdən olan qadınların panel mövzuları üzrə çıxışları dinlənilib, liderlikdə bərabərliyin, həmçinin fərdlərin deyil, fərqlərin bərabərliyinə vurğu edilib.
Şərhlər