Xəbər lenti

NATO Qərbi Ukrayna üzərindəki səmanın mühafizəsi imkanını müzakirə edir – Bild
Dünya 15:42 27.05.2024

NATO Qərbi Ukrayna üzərindəki səmanın mühafizəsi imkanını müzakirə edir – Bild

NATO Qərbi Ukrayna üzərindəki səmanı mühafizə altına almaq imkanını müzakirə edir. 

Qaynarinfo "Bild”ə istinadən xəbər verir ki, Polşa "genişlənmiş hava hücumundan müdafiə”nin təşəbbüskarıdır, lakin hələlik yekun qərar yoxdur.

Nəşr yazır ki, bəzi NATO ölkələri Kiyevə dəstəyi genişləndirməyə və birbaşa Ukrayna ərazisində fəaliyyət göstərməyə hazırdır.

Estoniya, Böyük Britaniya, Polşa, Kanada, Litva və Fransa yardımın genişləndirilməsinin tərəfdarıdırlar. ABŞ və Almaniya buna qarşıdır. Hələlik yekun qərar yoxdur, lakin eyni vaxtda bir neçə sahə üzrə danışıqlar aparılır.

Xüsusilə, Ukrayna Silahlı Qüvvələri əsgərlərinin NATO təlimatçıları tərəfindən Ukrayna ərazisində təlim keçməsi müzakirə edilir.

Həmçinin jurnalistlərin fikrincə, NATO-nun bir sıra ölkələri, o cümlədən Böyük Britaniya, Kanada və Estoniya gələcəkdə silah və sursatları təkcə Ukrayna sərhədlərinə deyil, həm də cəbhə xəttinə yaxın ərazilərə çatdırmağa hazırdır. Hazırda bir sıra Qərb ölkələrində "ön logistika” konsepsiyası hazırlanır.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->