Xəbər lenti

Naxçıvan klubu çempionatdan çıxarıldı - SON QƏRAR
İdman09:37 17.11.2014

Naxçıvan klubu çempionatdan çıxarıldı - SON QƏRAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Qaynar.info xəbər verir ki, iclasda “Araz Naxçıvan”ın fəaliyyətini dayandırması ilə bağlı Peşəkar Futbol Liqasına 11 noyabr 2014-cü il tarixli müraciəti müzakirə olunub və aşğıdakı qərar qəbul edilib:
“Araz Naxçıvan” klubu 2014/2015-ci il mövsümündə Topaz Premyer Liqasından və ölkə kuboku oyunlarından xaric edilsin. Klub oyunların 50%-dən azında iştirak etdiyi üçün bütün oyunlardakı nəticələri ləğv edilsin. Bu qərar əvəzedici komandaya da şamil edilsin".
Peşəkar Futbol Liqası da "Araz Naxçıvan"ın çempionatdan çıxması ilə bağlı məlumat yayıb. Qurumun rəsmi saytında yerləşdirilən məlumatda klubun noyabrın 11-də məktubla PFL-ə müraciət edərək heç bir əsas olmadan fəaliyyətini dayandırması və növbəti turdan etibarən Topaz Premyer Liqasında çıxışını davam etdirməyəcəyini bildirib. 
PFL-in klubun fəaliyyətini davam etdirməsi üçün klub rəhbərliyi, Naxçıvan MR İdman Nazirliyi ilə dəfələrlə danışıqlar aparması və istənilən köməkliyi təklif etməsinə baxmayaraq, qarşı tərəf bütün təklifləri mənfi cavablandırıb. 
Bundan sonra PFL yuxarıda göstərilmiş məsələ ilə bağlı qərar qəbul etməsi üçün İntizam Komitəsinə müraciət edib. İntizam Komitəsi bu gün iclas keçirib və klubun yarışlardan kənarlaşdırılması qərarını qəbul edib. Yuxarıda göstərilənləri və klubun PFL-ə  ünvanladığı məktubu əsas tutaraq Ramin Musayev əmr imzalayıb: 
- “Araz Naxçıvan” klubu 2014/2015 mövsümündə Topaz Premyer Liqası və ölkə kubokundan kənarlaşdırılsın.
· “Araz Naxçıvan” klubunun futbolçularına azad agent statusu verilsin.
Qaynar.info