Xəbər lenti

Naxçıvanda daha bir təyinat
Ekonomiks09:14 05.07.2023

Naxçıvanda daha bir təyinat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər nazirliyinə yeni aparat rəhbəri təyin olunub.
Qaynarinfo xəbər verir ki, bununla bağlı muxtar respublikanın ekologiya və təbii sərvətlər nazirinin vəzifələrini müvəqqəti icra edən Xanlar Mustafayev əmr imzalayıb.
Əmrə əsasən, aparat rəhbəri vəzifəsinə Malik İsmayılov təyinat alıb.
Qeyd edək ki, Malik İsmayılov bundan əvvəl Şərur Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb.