Naxçıvanda iki daimi İmtahan Mərkəzinin yaradılması nəzərdə tutulur.
Bu sözləri Trend-ə özəl müsahibəsində Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov deyib.
Nazir qeyd edib ki, xüsüsusilə sinif jurnallarının elektronlaşdırılması gələcək planlara daxildir:
"Məktəbəqədər təhsil müəssisələrinin texniki bazasının yaxşılaşdırılması, ümumtəhsil müəssisələrinin nəzdində icma əsaslı təhsil qruplarının yaradılması, peşə təmayüllü siniflərin yaradılması, təhsil müəssisələrində şagird-kompüter nisbətinin yaxşılaşdırılması və bunun paralelində rəqəmsal bacarıqlar, virtiual məktəb layihəsinin tətbiqi, təhsil müəssisələrində yüksəksürətli internetin təmin olunması, maliyyə-mühasibatlıq sistemi üzrə 1C proqramına keçidin tam təmin olunması, ümumtəhsil müəssisələrində ölkə üzrə müəllimlərin iş yerlərinin dəyişdirilməsi elektron sisteminə inteqrasiya, məktəbdənkənar təhsil müəssisələrinin təhsil informasiya sisteminə qoşulması və bu müəssisələrə uşaqların elektron qəbul sistemi vasitəsilə qəbulu nəzərdə tutulan yeni planlarımız və hədəflərimizdir.
Həmçinin, dövlət nümunəli sənədlərin, xüsusilə sinif jurnallarının elektronlaşdırılması və müxtəlif istiqamətlər üzrə kütləvi imtahanların təşkili üçün elektron daşıyıcı olmaqla, iki daimi İmtahan Mərkəzinin yaradılması nəzərdə tutulur”.
Şərhlər