Xəbər lenti

Naxçıvanda jurnalisti vəhşicəsinə döyənlərdən biri saxlanıldı
Ölkə08:28 23.08.2014

Naxçıvanda jurnalisti vəhşicəsinə döyənlərdən biri saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Naxçıvanda hüquq müdafiəçisi İlqar Nəsibova ölümcül xəsarətlər yetirməkdə ittiham olunan Fərid Əsgərov saxlanılıb.

Qaynar.info xəbər verir ki, bu Barədə Azadlıq Radiosuna avqustun 23-də İlqar Nəsibovun həyat yoldaşı, hüquq müdafiəçisi Məlahət Nəsibova məlumat verib:

«Bizə polisdən məlumat verdilər ki, artıq İlqarı hücum edənlərdən biri - Fərid Əsgərov saxlanılıb. Bilmirik o, hansı qisimdə saxlanılıb. Onu dedilər ki, hazırda o, Böyük Düz kəndindəki istintaq təcridxanasında saxlanılır».

Məlahət Nəsibova hazırda həyat yoldaşının ev şəraitində müalicə aldığını bildirir:

«İlqarı evə gətirdik. Onu xəstəxanada qoymaq mümkün deyil. Həm xəstəxanada təmir gedir, həm də narahatıq. Onun vəziyyəti ağır olaraq qalır. Ağrılardan səhərə yata bilməyib...».

Qeyd edək ki, avqustun 21-də Naxçıvanda hüquq müdafiəçisi İlqar Nəsibova hücum edərək onu vəhşicəsində döyüblər. Aldığı zərbələrdən Nəsibov huşunu itirib. Ağır bədən xəsarətləri ilə onu xəstəxanaya çatdırıblar.

Qaynar.info