Xəbər lenti

Naxçıvanda komanda-qərargah təlimi başa çatdı
Ölkə17:14 23.09.2018

Naxçıvanda komanda-qərargah təlimi başa çatdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti komanda-qərargah təlimi uğurla başa çatıb, qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Qaynarinfo xəbər verir ki, təlimdə Əlahiddə Ümumqoşun Ordusunun "Tam müdafiə” döyüşə hazırolma dərəcəsinə gətirilməsi, birinci eşelon birləşmələri tərəfindən düşmənin qəfil hücumlarının və diversiya-kəşfiyyat fəaliyyətlərinin qarşısının alınması, ehtiyat birləşmə və hissələrin həyəcan siqnalı ilə döyüş təyinatlı rayonlara çıxarılması, müdafiə əməliyyatına hazırlıq və müdafiənin aparılması mövzuları işlənib.
Təlimin ssenarisinə əsasən praktiki fəaliyyətə cəlb olunan birləşmə və hissələr təlim ərazisinə çıxarılaraq döyüş atışları icra ediblər.