
Andranik Yeqoyan korpus komandiri Samvel Yeqoyanın oğlu imiş, Culaya hücum da qisas məqsədi daşıyır
Artıq bir neçə gündür Ermənistan Ordusu Naxçıvan Muxtar Respublikası istiqamətində mütəmadi olaraq atəşkəs rejimini pozmaqdadır.
JAM.AZ xəbər verir ki, hələ bir neçə həftə əvvəl erməni tərəfinin açdığı atəş nəticəsində Azərbaycan ordusunun zabiti Zaur Həsənli şəhid olmuşdu.
Bu olayın ardından Azərbaycan snayperləri də iki erməni əsgərini vurmuşdular. Bunlar 1988-ci il təvəllüdlü Andranik Samveloviç Yeqoyan və 1992-ci il təvəllüdlü Boris Benikoviç Qasparyan olublar. Və bu qarşılıqlı əməliyyatlardan sonra Naxçıvanla sərhəddə vəziyyət gərginləşməyə başlayıb.
Son məlumatlara görə, əsas aktivlik Culfa rayonu istiqamətində müşahidə edilir. Azərbaycanın Müdafiə Nazirliyi atəşkəsin pozulduğu və lokal əməliyyatların başlanması barədə yayılan məlumatları təsdiqləmir. Heç Ermənistan tərəfi də belə bir hadisənin olduğu barədə deyilənləri qəbul etmir. Amma...
İşin amması isə başqadır. JAM.AZ-ın özəl mənbələrdən əldə etdiyi məlumatlarda qeyd olunur ki, ermənilərin aqrresivləşməsinin səbəbi heç də sıradan bir hadisə deyil. Belə ki, həmin xəbərdə Azərbaycan əsgərlərinin atəşi nəticəsində öldürülən ermənilərdən birinin general oğlu olduğu iddia edilir.
Qeyd olunur ki, Samvel Yeqoyan Ermənistan Ordusunda uzun illərdir xidmət edən generaldır və korpus komandiri vəzifəsində çalışır. Ermənistan müdafiə naziri Seyran Ohanyanla da münasibətlərinin yüksək səviyyədə olduğu deyilir. İddia olunur ki, onun Naxçıvanla sərhəddə yerləşən korpusa komandir təyin edilməsi də həmin münasibətlərdən irəli gəlib. Həmçinin Samvel Yeqoyan Ermənistan hakimiyyətinin etibarlı adamı olması səbəbindən yüksək vəzifəyə və rütbəyə çəkilib.
JAM.AZ-a çatan xəbələrdə oğlu Andranik Yeqoyanın da onunla birlikdə Naxçıvanla sərhəddəki korpusda xidmət etdiyi söylənilir. Öldürülən günü isə Andranik Yeqoyan dostları ilə birlikdə cəbhə xəttində olublar. Həmin vaxt Azərbaycan əsgərlərində erməni generalın oğlunun cəbhə xəttində olmasına dair məlumatın olmçadığı da urğulanır. Sadəcə, bunun təsadüf olduğu düşünülür. Öldürülməsindən sonra isə general Yeqoyan oğlunun qisasını almaq üçün Naxçıvana hücumlar təşkil etdiyi vurğulanır.
Bu məlumatların nə dərəcədə doğru və yalan olduğunu müəyyən etmək bizim gücümüz daxilində olmadığından, qəti nəsə demək imkanımız mövcud deyil. Sadəcə, bunun real olmasına ümid edirik.
Qaynar.info