Xəbər lenti

Naxçıvanda mollalarla bağlı yenilik
Ölkə11:48 08.07.2014

Naxçıvanda mollalarla bağlı yenilik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Muxtar Respublika dindarları vahid geyimə keçməsi ilə bağlı yeni xəbər

Naxçıvan Muxtar Respublikasında yas məclisi aparan mollaların və məscid axundlarının vahid geyim formasına keçidi ilə bağlı mətbuatda məlumat yayılsa da, çox təəssüflər olsun ki, bəziləri bunu birmənalı qarşılamadılar. 

Yayılan məlumatda qeyd edilir ki, MR-da fəaliyyət göstərən məsçidlərin axudlarına vahid geyimi çıxmaqla quran və təsbeh pulsuz veriləcək.

Vətəninfo.az  məlumatla bağlı MR-nın din xadimləri ilə əlaqə saxlayaraq yayılan məlumatın nə qədər doğru olub-olmadığını dəqiqləşdirmək istədi. Əldə etdiyimiz məlumata görə, hələ ötən ildən başlayaraq, MR Ali Məclisinin sədri Vasif Talıbovun göstərişi ilə MR ərazisində mövcud olan məscidlərin axundlarına vahid forma verilməsi tətbiq edilir ki, bu proses də pulsuz həyata keçirilir. Yəni axundlara ilkin olaraq 1 şalvar, 1 cüt ayaqqabı, köynək və fəs verilir. Payız ayında isə 1 dəst kostyum verilir. 

Bu ildən başlayaraq isə təkcə məscidlərin axundlarına deyil, eyni zamanda yas mərasimlərini idarə edən dini icmalarda qeydiyyatda olan fatihəxanlara da pulsuz forma paylanılacaq. Artıq bütün dini icmalar MR Dini Komitəsinə qeydiyyatda olan fatihəxanların ümumi siyahısını təqdim edib. Yəni, axundlarla yanaşı fatihəxanlar da pulsuz olaraq forma ilə təmin ediləcəklər. Amma ötən gün yayılan xəbərdə iddia edilirdi ki, güya axundlara və fatihəxanlara təsbeh və Quran da pulsuz veriləcək. Bu xəbər MR-da fəaliyyət göstərən dindarlar tərəfindən təkzib edildi və bildirildi ki, axundlara və fatihəxanlara yalnız vahid geyim dəsti pulsuz veriləcək.

Quran və təsbehin verilməsi isə ümumiyyətlə gündəmdə olmayıb. Müxbirimizlə söhbətdə dindarlar bildiriblər ki, MR ərazisində yas mərasimində iştirak edən dindarlara 100 manatdan artıq pulun verilməsinin qadağan edilməsi ilə bağlı xəbər isə yalandı. 

Məlumatda vurğulanır ki, MR ərazisində yas mərasimini idarə edən fatihəxanlar və ya quran oxuyan dindarlar ölü sahibi ilə məclisin aparılması ilə bağlı hansısa şəkildə bazarlıq etmir. Ölü sahibi onun məclisini idarə edən dindara könlündən nə keçərsə, onu verə və ya verməyə bilər. Çünki Naxçıvanda hüzür məclislərini idarə edən mollalar, fatihəxanlar icmalara bağlı fəaliyyət göstərdiklərindən, onların ölü sahibi ilə məclisin idarə edilməsi yönündə bazarlıq etmələri qadağandı.

Qeyd edək ki, MR din xadimlərinin ayda iki-üç dəfə keçirilən toplantısında alınan qərarlara əsasən MR ərazisində hüzür məclisləri pulsuz həyata keçirilir. Hüzür sahibi əgər özü könüllü olaraq məclisi aparan dindara halallıq almaq məqsədi ilə hansısa hədiyyəni verirsə, bu da könüllülük əsasında olur.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi paytaxt Bakıda və bütövlükdə Azərbaycan ərazilərində hüzür məclislərinin təmtəraqlı keçirilməsinin yolverməz olduğu ilə bağlı dəfələrlə açıqlamalar versə də, yalnız Naxçıvanda MR rəhbərliyinin tapşırılğı ilə hüzur məclisləri təmtaraqdan uzaq keçirilir.

Vətəninfo.az