Xəbər lenti

Naxçıvanda rayon mədəniyyət idarələri ləğv edildi - Yeniləri yaradıldı
Ölkə10:50 12.11.2025

Naxçıvanda rayon mədəniyyət idarələri ləğv edildi - Yeniləri yaradıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Naxçıvan Mədəniyyət Nazirliyinin regional bölmələri yenidən təşkil edilib.
Qaynarinfo-nun Modern.az-a istinadən məlumatına görə, Nazirliyin rayon (şəhər) mədəniyyət idarə və şöbələri ləğv olunub.
Yeni sərəncama əsasən, Nazirliyin regional mədəniyyət idarələri yaradılıb.
Bundan sonra Nazirliyin cəmi 3 regional mədəniyyət idarəsi olacaq.
Belə ki, Naxçıvan Şəhər Mədəniyyət İdarəsi, Babək Rayon Mədəniyyət İdarəsi və Şahbuz Rayon Mədəniyyət Şöbəsinin əsasında Naxçıvan Regional Mədəniyyət İdarəsi, Şərur Rayon Mədəniyyət İdarəsi, Kəngərli Rayon Mədəniyyət Şöbəsinin və Sədərək Rayon Mədəniyyət Şöbəsinin əsasında Şərur Regional Mədəniyyət İdarəsi, Ordubad Rayon Mədəniyyət İdarəsi və Culfa Rayon Mədəniyyət Şöbəsinin əsasında isə Culfa Regional Mədəniyyət İdarəsi yaradılıb.