Xəbər lenti

Naxçıvanda və Bakıda "sülh"
İdman15:05 18.10.2014

Naxçıvanda və Bakıda "sülh"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Premyer Liqanın VIII turu çərçivəsində daha 2 görüş keçiriliç. Qaynar.info xəbər verir ki, qarşılaşmalar Naxçıvan və Bakıda baş tutub.

"Araz Naxçıvan" AZAL-ı qəbul edib. 4 qolun vurulduğu oyunda qalib müəyyənləşməyib - 2:2. "İnter" isə eyni mənbədən maliyyələşdiyi "Simurq"u qəbul edib. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb və matç 0:0 hesabı ilə başa satıb.

Qeyd edək ki, iki oyun dünən baş tutub. "Neftçi" "Sumqayıt"ı 1:0, "Qarabağ" "Qəbələ"ni 2:0 hesabı ilə yenib. Tura sabah keçiriləcək "Xəzər Lənkəran" - "Bakı" oyunu ilə yekun vurulacaq.

Araz Naxçıvan - AZAL 2:2

Qollar: David Canalidze, 44. Bəxtiyar Soltanov, 62 - Rəşad Abdullayev, 23-pen. Konseysao Eduardo, 49.

İnter - Simurq 0:0

Qaynar.info