Naxçıvan Muxtar Respublikasında (MR) Ailə Sağlamlıq Mərkəzi Kompleksi inşa ediləcək.
Qaynarinfo xəbər verir ki, artıq Naxçıvan MR Səhiyyə Nazirliyi kompleksin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı tenderə yekun vurub.
Tnederin qalibi "Prpjekt LTD” MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 177 000 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyeystr məlumatlarına görə, "Projekt LTD” MMC 5 fevral 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Nəriman Nərimanov prospekti ev 127, mənzil 5-də yerləşir. MMC-nin qanuni təmsilçisi Bayramova Samirə Tahir qızıdır.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir.
Araşdırmalrımız nəticəsində məlum olub ki, şirkətin əvvəlki hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, E. Süleymanov küçəsi, ev 137, mənzil 23-də yerləşib. Bu ünvanda başqa bir şirkət də qeydiyyatdadır: "Arxin-M LTD” MMC.
Bu şirkət 1998-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN-dir. Şikərin qanuni təmsilçisi isə Abbasov Niftalı Tağı oğludur. Niftalı Abbasovdan əvvəl isə şirkətin qanuni təmsilçisi Namazov Müsədin Əhəd oğludur.
Müsədin Namazov bir müddət "Projekt LTD” MMC-nin də qanuni təmsilçisi olub. Beləliklə, "Projekt LTD” MMC ilə "Arxin-M LTD” MMC-nin bir-birinə bağlı şirkətlər üzə çıxır.
"Arxin-M LTD” MMC də layihəçi şirkətdir və dövlət satınalmalarında fəal iştirak edir. Şirkət əsasən iri məbləğli tenderlərin qalibi seçilir.
Belə aydın olur ki, xırda layihələr "Porjekt LTD” MMC-yə, iri layihələr isə "Arxin-M LTD” MMC-yə verilir.
Böyük ehtimalla hər iki şirkətin qanuni təmsilçisi proxy şəxslərdir. Yəni, şirkətin onlara aidiyyəti yoxdur. Bəs bu şirkətlər kimindir? Bu sualın cavabı hələ ki, açıq qalır.
Seyid
Şərhlər