Xəbər lenti

Naxçıvanski liseyinin kursantının meyiti tapıldı
Ölkə14:52 02.09.2015

Naxçıvanski liseyinin kursantının meyiti tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bərdə rayonunda, Yuxarı Qarabağ kanalında batan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantı Vüsal Qara oğlu Cəfərovun meyiti tapılıb. 
Qaynar.info-nun report-a istinadən məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasedicilərinin iki gündür axtardığı 16 yaşlı yeniyetmənin cəsədi Yuxarı Qarabağ kanalının Ağcabədi rayonunun Xocavənd kəndi ərazisindən keçən hissəsində su qapısına ilişərək üzə çıxıb.
Qeyd edək ki, hadisə iki gün əvvəl Bərdə rayonu, Mehdili kəndinin ərazisində baş verib. Belə ki, V.Cəfərov Yuxarı Qarabağ kanalının yaxınlığında qoyun otaran zaman kanalın üstündəki dəmir borunun üstü ilə digər tərəfə keçərkən ayağa sürüşərək suya düşüb.
Qaynar.info