
NAZ (Naxçıvan Avtomobil Zavodu) şirkəti UEFA-nın 17 yaşadək futbolçulardan ibarət millilər (U-17) arasında Bakıda keçirəcəyi Avropa çempionatının rəsmi nəqliyyat partnyoru olacaq.
Qaynar.info xəbər verir ki, bunun qarşılığında şirkət çempionatın loqosundan istifadə hüququ, ekskluziv məhsul kateqoriyası, azarkeşlər, VİP və media üçün xüsusi hədiyyələrin hazırlanması hüququ, rəsmi oyun proqramında 1 səhifəlik reklam yeri, 4 ədəd meydança ətrafı reklam (6x0.9 metr), media fonda loqo, oyun biletlərində loqo, rəsmi posterdə loqo, təbliğat materiallarında loqo, UEFA-nın saytındakı UEFA U-17 səhifəsində loqo və digər üstünlüklərdən yararlana biləcək.
Öz növbəsində NAZ şirkəti çempionatın püşkatma mərasimi üçün Yerli Təşkilat Komitəsini 15, turnir zamanı istifadə üçün isə 60 avtomobillə təmin edəcək. Yaxın günlərdə avtomobillərin təqdimatı keçiriləcək. Onu da bildirək ki, NAZ Avropa Oyunlarının da rəsmi dəstəkçisi olub.
Qeyd edək ki, mayın 5-dən 21-dək U-17-lər arasında Avropa çempionatına ilk dəfə Azərbaycan ev sahibliyi edəcək.
Qaynar.info