Xəbər lenti

Nazim İmanov İqtisadiyyat İnstitutunun direktoru oldu
Ölkə12:19 07.05.2014

Nazim İmanov İqtisadiyyat İnstitutunun direktoru oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Milli Elmlər Akademiyasında Rəyasət Heyətinin iclası keçirilib.

Modern.az saytının verdiyixəbərə görə, Rəyasət Heyətinin qərarı ilə İqtisadiyyat İnstitutunundirektoru vəzifəsinin icrası iqtisad elmləri doktoru Nazim İmanovahəvalə edilib. 

Nazim İmanov müstəqil Azərbaycanın ilkparlamentinin (1995-2000-ci illər) üzvü olub. Aktiv deputat fəaliyyətiilə seçilən iqtisad elmləri doktoru N.İmanovun Milli Məclisdə iqtisadiqanunların qəbul olunmasında mühüm rol oynayıb. 

Nazim İmanovsonralar uzun müddət yanaşı addımladığı siyasi lider Etibar Məmmədovunpartiyasından istefa verib. O, AMİP-də sədr müavini postunu tuturdu.

Nazim İmanov 2005-ci ildə müstəqil namizəd kimi parlament seçkilərinəqatılsa da, deputat ola bilməyib. O vaxtdan etibarən N.İmanov aktivsiyasi fəaliyyətini dayandırıb.

O, daha sonra Bakıda fəaliyyət göstərən xarici şirkətlərdə çalışıb. 

Nazim İmanovun 2 oğlu var.

Qaynar.info