Xəbər lenti

Nazim Süleymanov qayıtdı: baş məşqçi təyin edildi
İdman12:34 07.06.2018

Nazim Süleymanov qayıtdı: baş məşqçi təyin edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Sumqayıt"ın yeni baş məşqçisi müəyyənləşib. 
Qaynarinfo xəbər verir ki, sport24.az-ın əldə etdiyi məlumata görə, bu, Nazim Süleymanovdu.
53 yaşlı mütəxəssislə danışıqlar müsbət yekunlaşıb və onunla anlaşma əldə olunub. 
Süleymanov məhz Sumqayıtda dünyaya gəlib və futbolda ilk addımlarını bu şəhərdə atıb. Son olaraq U-19 yığmamızda baş məşqçi olan təcrübəli mütəxəssis klublarımızdan "Xəzər Lənkəran"ı, AZAL-ı və "Neftçi"ni çalışdırıb. O, 2 müxtəlif vaxtda rəhbərlik etdiyi Lənkəran klubunun ilk baş məşqçisi kimi tarixə düşüb.
Qeyd edək ki, "Sumqayıt"ın baş məşqçi postu son turda istefa verən Samir Abasovun gedişindən sonra boş idi.