
Bu gün Nazim Süleymanovun 50 illik yubileyinə həsr olunmuş kitabının təqdimat mərasimi keçirilib.
Fanat.az хəbər verir ki, Beynəlxalq Mətbuat Mərkəzində baş tutan tədbirdə "Bitməyən matç" adlı kitab ictimaiyyətə təqdim olunub.
Tədbirə "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev, klubun yeni idman-direktoru Vəli Qasımov, AZAL-ın vitse-prezidenti Fikrət Hüseynov, AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov, millimizin məşqçiləri Mahmud Qurbanov, Elxan Abdullayev, Məşqçilər Komitəsinin üzvləri Vaqif Sadıqov, Şahin Diniyev, futbol veteranları və jurnalistlər qatılıb.
Varisin müəllifi olduğu kitab 3000 tırajla çap edilib. Kitabda Nazim Süleymanovun Azərbaycan və Rusiya karyerasından bəhs edilib, tanınmış simalardan münasibət əks etdirilib.
Qeyd edək ki, Nazim Süleymanov bir neçə gün əvvəl 19 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi təyin edilib.
Qaynar.info

