Xəbər lenti

Nazir 10 rəhbər şəxsi işdən çıxardı
17:09 06.03.2015

Nazir 10 rəhbər şəxsi işdən çıxardı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün “Aqrolizinq” ASC-nin 2014-cü ildəki fəaliyyətinə həsr olunan müşavirədə kənd təsərrüfatı naziri Heydər Əsədov fəaliyyətində nöqsanlara yol verən cəmiyyətin bir neçə əməkdaşını cəzalandırıb.
Nazirlikdən APA-ya verilən məlumata görə, nazir "Aqrolizinq" ASC-nin İdarə Heyətinin sədri Elşən Məmmədova xəbərdarlıq, İdarə Heyətinin sədr müavini Aydın Əzizova şiddətli töhmət elan edib.

Bununla yanaşı, cəmiyyətin aqrotexniki xidmət və təchizatın təşkili şöbəsinin müdiri və 8 rayonun aqroservis filiallarının rəhbəri tutuğu vəzifədən azad olunub.

6 rayonun aqroservis filiallarının rəhbərləri barədə müvafiq araşdırma aparılandan sonra daha ciddi tədbir görüləcək

Qaynar.info




Oxşar xəbərlər