Xəbər lenti

Nazir Avropa Oyunlarına sərf olunan vəsaitin həcmini açıqladı
İdman09:16 04.09.2014

Nazir Avropa Oyunlarına sərf olunan vəsaitin həcmini açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Su kompleksi arenasının inşasına 100 milyon manat xərclənəcək.

Azərbaycanın gənclər və idman naziri, Azad Rəhimov Avropa Olimpiya Komitələri (AOK) Koordinasiya Komissiyasının 4-cü iclasında ölkəmizdə tarixdə ilk Avropa Oyunlarının keçirilməsinə çəkilən xərcləri açıqlayıb.

Oxu.Az xəbər verir ki, nazir jurnalistlərin suallarına cavab olaraq “Bakı 2015: ilk Avropa Oyunları” üçün idman arenalarının quraşdırılması, kommunikasiya, nəqliyyat, qonaqlama yerləri və digər məsələlər üçün çəkilən xərclər barədə açıqlama verib.

Azad Rəhimov qeyd edib ki, qarşıda duran əsas vəzifələrdən biri yeni qurğuların quraşdırılması və daha sonra bu qurğuları sınaqdan keçirməkdir.

“Bütün işləri gələn ilin fevral ayın 1 yekunlaşdırılması planlaşdırılır”.

Nazirin bildirdiyinə görə, Avropa Oyunları üçün investisiya proqramı 3 mərhələdə aparılır - idman qurğuları, kommunikasiya xərcləri və əməliyyat komitəsi üçün ayrılan vəsait.

Azad Rəhimov idman qurğuları üçün çəkilən xərclər barədə məluma verib.

“Su kompleksi arenası - 100 milyon manat , Heydər Əliyev adına İdman Konsert Kompleksinin təmiri və qurğuların quraşdırılması - 20-25 milyon manat, Əl Oyunları Sarayının təmiri və yenilənməsi - 20 milyon manat, Milli Stadionun tikintisi - 500 milyon manat pul xərclənib. Əməliyyat Komitəsi üçün 70-80 milyon manat vəsait yönəldilib.

İşlər yekunlaşanda “Bakı 2015” üçün ümumi nə qədər investisiya ayrıldığı barədə yekun məlumat verəcəyik”.

Qaynar.info