Xəbər lenti

Nazir Azərbaycan əsilli döyüşçünü qəbul etdi
İdman15:11 13.04.2022

Nazir Azərbaycan əsilli döyüşçünü qəbul etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gənclər və idman naziri Fərid Qayıbov aprelin 13-də UFC döyüşçüsü Rafael Fiziyevi qəbul edib.
 
Nazirlikdən Qaynarinfo-ya verilən məlumata görə görüş zamanı Qayıbov Azərbaycan əsilli idmançını uğurlu karyerası münasibətilə təbrik edib.
Nazir Rafaelə bundan sonrakı döyüşlərində də uğurlar arzulayıb.
Qeyd olunub ki, son illərdə Azərbaycan idmançıları MMA döyüşlərində uğurla çıxış edirlər. Bu baxımdan idmançılar arasında birgə təlim-məşqlərin, master klasların keçirilməsi idman növünün inkişafı baxımndan önəmlidir.
Səbuhi Həsənov