Xəbər lenti

Nazir beynəlxalq yarışda çempion olan idmançılarımızı qəbul etdi
İdman06:41 19.04.2022

Nazir beynəlxalq yarışda çempion olan idmançılarımızı qəbul etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aprelin 18-də gənclər və idman naziri Fərid Qayıbov Xorvatiyanın Zaqreb şəhərində qitələrarası boccia çempionatında uğurla çıxış etmiş Azərbaycan paralimpiyaçılarını qəbul edib.
Nazirlikdən Qaynarinfo-ya verilən mlumata görə görüş zamanı idmançılarımızı uğurlu çıxışları münasibətilə təbrik edən nazir federasiyanın fəaliyyəti, gələcək planları və idmançıların məşq şəraiti ilə maraqlanıb. Qeyd olunub ki, boccia 2014-cü ildən yaransa da, ölkəmizdə bu federasiya 2018-ci ildən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə fəalyyətə başlayıb. Bu günədək idmançılarımız beynəlxalq yarışlarda 3 qızıl, 7 bürünc medal qazanıblar. 
Görüşdə nazir müavini Mariana Vasileva, Boccia İdman Federasiyasının Baş katibi və baş məşqçisi İlham Məhərrəmov, məşqçilərdən Taleh Zeynalov, Elşən Məhərrəmov, Ruhin Cəfərov, Nicat Ağayev, Mədinə Abbasova, idmançılardan Bəhruz Mirzəyev, Sona Ağayeva (hər ikisi qızıl medal), Orxan Kərimov (bürünc medal) və Zaur Veysəlov (6-cı yer) iştirak ediblər.
Aprelin 2-dən 7-dək Zaqrebdə keçirilmiş yarışda idmançılarmız 2 qızıl və 1 bürünc medal qazanıblar.
Səbuhi Həsənov