Xəbər lenti

Nazir bu cəzaçəkmə müəssisəsi ilə bağlı əmr imzaladı (YENİLƏNİB)
Ölkə 14:18 02.09.2025

Nazir bu cəzaçəkmə müəssisəsi ilə bağlı əmr imzaladı (YENİLƏNİB)

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsinin icrası müəssisənin rəis müavini Nəsibov Ramiq Zaman oğluna həvalə edilib.   

Nazirliyin mətbuat xidmətindən Qaynarinfo-ya bildirilib ki, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov müvafiq əmr imzalayıb.

Ramiq Nəsibov indiyədək Penitensiar Xidmətdə müxtəlif vəzifələrdə çalışıb. O, uzun illər xidmətin əməliyyat şöbəsinin rəisi vəzifəsini tutub.

Qeyd edək ki, bir neçə gün əvvəl 15 saylı cəzaçəkmə müəssisəsinin rəisi Rəşad Əhədov vəzifəsindən azad olunaraq, 9 saylı cəzaçəkmə müəssisəsinin rəisi təyin edilib. 


14:18 
02.09.2025

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsinə yeni rəis təyinatı olub.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə müəssisəyə rəhbərlik Nəsibov Ramiq Zaman oğluna tapşırılıb. 

Ramiq Nəsibov indiyədək Penitensiar Xidmətdə müxtəlif vəzifələrdə çalışıb. O, uzun illər xidmətin əməliyyat şöbəsinin rəisi vəzifəsini tutub.

Qeyd edək ki, bir neçə gün əvvəl 15 saylı cəzaçəkmə müəssisəsinin rəisi Rəşad Əhədov vəzifəsindən azad olunaraq, 9 saylı cəzaçəkmə müəssisəsinin rəisi təyin edilib. 

Əhməd



Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->