Xəbər lenti

Nazir generala birinci müavin təyin etdi (EKSKLÜZİV)
Ölkə14:16 17.05.2022

Nazir generala birinci müavin təyin etdi (EKSKLÜZİV)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisinə birinci müavini təyin edib.
Qaynarinfo-ya FHN-ə yaxın mənbələrdən verilən məlumata görə, Kəmaləddin Heydərovun müvafiq əmri ilə 4-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi, daxili xidmət polkovniki Səyavuş Qasımov vəzifəsindən azad edilib. 
Nazirin digər əmri ilə Səyavuş Qasımov FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisinin birinci müavini təyin olunub. 
Qeyd edək ki, FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasovdur.
Əhməd