
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Qubada vətəndaşları qəbul edib.
Anspress-in bölgə müxbirinin məlumatına görə, nazir Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabrandan olan vətəndaşlarla görüşüb.
Səlim Müslümov qəbula yazılmış 70 vətəndaşın hamısını qəbul edib. Vətəndaşların əsas şikayəti avtomobil və mənzil alınması ilə bağlı olub. Bir nəfər isə ünvanlı sosail yardımın alınması ilə bağlı şikayət edib.
Vətəndaşlar dinələyən nazir şikayətlərlə bağlı müvafiq göstərişlərini verib.
Qəbul zamanı Səlim Müslümov ANS-in əməkdaşının əhalinin məşğulluq konsepsiyası ilə bağlı sualını da cavablandırıb.
Qaynar.info