Xəbər lenti

Nazir müavininə yeni vəzifə verildi
Ölkə18:53 29.01.2024

Nazir müavininə yeni vəzifə verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Elnur Soltanov COP29 Azərbaycan üzrə baş icraçı direktor təyin edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə COP29-un "X” sosial səhifəsində  məlumat verilib.
Qeyd edək ki, Elnur Soltanov 2004-2009-cu illərdə Texas Texnologiya Universiteti, Slippery Rock Universiteti və Truman Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. O, 2000-2003-cü illərdə Türkiyədə Avrasiya Strateji Araşdırmalar Mərkəzində tədqiqatçı işləyib, daha sonra 2003-2009-cu illərdə ABŞ-nin Texas Texnologiya Universitetinin siyasi elmlər fakültəsində aspirantura təhsili alıb.
Həmçinin o, 2009-2018-ci illərdə ADA Universitetində baş müəllim, Xəzər Enerji və Ətraf Mühit Mərkəzində direktor, ictimai və beynəlxalq münasibətlər fakültəsində dekan vəzifəsində çalışıb. 2018-ci ildən Azərbaycan Respublikası energetika nazirinin müavinidir.