Xəbər lenti

Nazir "Neftçi" azarkeşi olduğunu açıqladı (VİDEO)
İdman08:58 10.07.2021

Nazir "Neftçi" azarkeşi olduğunu açıqladı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanların övladları üçün "Qaliblər düşərgəsi” fəaliyyətə başlayıb.
13-14 yaşlı yeniyetmələr üçün nəzərdə tutulmuş düşərgənin məqsədi şəhid övladlarının intellektual və emosional inkişafına dəstək vermək, onların yay tətilini daha da maraqlı və yaddaqalan etməkdir.
Fanat.Az xəbər verir ki, ötən gün düşərgənin qonağı təhsil naziri Emin Əmrullayev olub. 
O, uşaqların suallarını cavablandırıb, əyləncəli oyunlarda iştirak edib. 
Görüş zamanı uşaqlar nazirə ən sevdiyi idman növünün və azarkeşi olduğu klubunun adını soruşublar. 
Nazir isə, cavabında "Neftçi" klubunun fanatı olduğunu deyib: "Ən sevdiyim idman növü üzgüçülük və şahmatdır. "Neftçi" klubunun azarkeşiyəm. İstəsəniz, "Neftçi" - "Dinamo" (Tbilisi) oyununa birlikdə baxa bilərik". 
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/-jqn5F2r-Ew" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">