Xəbər lenti

Nazir onu sədr əvəzi təyin etdi
Ekonomiks08:10 25.08.2021

Nazir onu sədr əvəzi təyin etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəbər verdiyimiz kimi, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişaf Fondu İdarə Heyətinin sədri Kənan Nəcəfov bu ilin 11 avqustunda Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə SOCAR-ın vitse-prezidenti vəzifəsinə təyin olunub.
Qaynarinfo-ya daxil olan məlumata görə, İqtisadiyyat naziri Mikayıl Cabbarovun müvafiq əmri ilə Sahibkarlığın İnkişaf Fondu İdarə Heyətinin sədri vəzifəsi müvəqqəti olaraq Osman Xaliyevə həvalə edilib. Osman Xalıyev iyun ayından həmçinin İdarə Heyəti sədrinin müavini təyin olunub. 
Qeyd edək ki, Osman Xaliyev 2019-cu ilə Kənan Nəcəfovun icraçı direktor olduğu "Yeni Kapital" şirkətində İnvestisiyalar üzrə direktor müavini vəzifəsini tutub. Daha əvvəl Osman Xaliyev Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestr xidmətində çalışıb.
Əhməd