Xəbər lenti

Nazir polkovnik-leytenantı yeni vəzifəyə təyin etdi
Ölkə14:19 21.04.2023

Nazir polkovnik-leytenantı yeni vəzifəyə təyin etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Daxili işlər orqanlarında yeni təyinat olub.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Atik Cəlilzadə vəzifədən azad edilib.
Nazirin digər əmri ilə Atik Cəlilzadə Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi təyin edilib.
Qeyd edək ki, A.Cəlilzadə bundan əvvəl Bakı Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin Cibgirlik Cinayətlərinə qarşı Mübarizə Şöbəsinin də rəisi vəzifəsində çalışıb.