Xəbər lenti

Nazir polkovniki rəis müavini təyin etdi
Ölkə07:58 25.12.2021

Nazir polkovniki rəis müavini təyin etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Xüsusi Riskli Xilasetmə Xidmətinə yeni rəis müavini təyin edib.
Qaynarinfo-nun əldə etdiyi məlumatına görə, nazirin müavafiq əmri ilə polkovnik Elsəvər Quliyev xidmətin rəis müavini təyin olunub. 
Nazirin digər əmri ilə polkovnik Abbasov İlham Yaqub oğlu FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin müavini vəzifəsindən azad edilib.
Qeyd edək ki, Elsəvər Quliyev 1981-ci ilin 19 iyununda Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Çeşməbasar kəndində anadan olub. Bakı Dövlət Universitetini bitirib. Ailəlidir. 3 övladı var.
Əhməd